"Layla dedim yatasan, Qolumuzu kəsdilər,
Qızılgülə batasan. Açımadı gözümüz.
Qızılgülün içində, Biz hələ gəlməmişik,
Şirin yuxu tapasan" . Özümüzə özümüz.
Şirin yuxu yatmağa, Ana, yenə layla de,
Uşaqlıqdan başladıq. Ancaq demə yat, balam.
Böyüyəndə yuxunu, Oyaqlıqdan danış ki,
Uşaq kimi xoşladıq. Oyanmaq dərsi alam.
Anaların laylası, "Layla, oğlum, dur, oğlum,
Qulaqlarda qalıbdır. Gözümün nuru, oğlum.
Bu millət analardan, Tez böyü, get əsgər ol,
Yatmaq dərsi alıbdır. Vətəni qoru, oğlum".
Tikə - tikə böldülər, Mən sözün xəmirini,
Oyana bilmədik biz. Yoğurmuşam, yapmışam
Çox çalışıb vuruşdu Analara bir yeni,
Ələkbər sabirimiz. Layla növü tapmışam.
Şəhriyar ALLAHYAROĞLU